Qidalanma və Dieta: Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir? Mütəxəssislər bu barədə konkret fikir söyləməyə çətinlik çəkirlər. Rusiya mətbuatının verdiyi məlumata görə, 3 müxtəlif rəngli bibərin hər birinin öz xeyirli tərkibi var; yaşıl bibərdə daha çox K vitamini, sarı bibərdə C vitamini və qırmızı bibərdə A vitamini var.
Həmçinin sarı pomidorda likatipinin miqdarı qırmızıdan daha azdır, amma fol turşusunun miqdarı isə daha çoxdur. Dietoloqlar isə müxtəlif rəngli tərəvəzlərdən istifadə etməyi insan üçün son dərəcə faydalı hesab edirlər. Ən yaxşı salat sarı bibər, yaşıl xiyar və qırmızı pomidordan ibaraət salat sayılır. Çünki, hər rəngin öz faydalı əlamətləri var.
Maraqli: Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir
İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz. Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.
"New Scientist" bildirir ki, həkimlər pasiyentləri müayinə edərkən sakit səslərin uzunmüddətli təsirini nəzərə almırlar.
Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.
Maraqli: Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır
Siqaret çəkmək şiş xəstəliyinin nadir formasına yoluxmaqdan qoruyur.
Alimlər ziyanlı vərdiş olan siqaret çəkmək ilə nadir beyin şişinin inkişaf etməsi riski arasında əlaqəni tapa biliblər. Pozitiv effekt nikotinin özü ilə əlaqəli deyil. "The Times of India"nın yazdığına görə, siqaret çəkmək sinir şişləri riskini 60 faizə qədər azaldır.
Ohayo Universitetinin mütəxəssislərinin fikrincə, qoruma prosesini alışma və ya ancaq siqaretdə olan birləşmə prosesi edə bilər.
The Daily Mail bildirir ki, ABŞ-dakı Luiziana Universitetinin alimləri yumurtanı aclıq hissinin "təbii düşməni" hesab edirlər.
Alimlər 20 könüllünün cəlb olunduğu eksperiment aparıblar.
Onlara həftə ərzində hər səhər iki yumurta və ya bir qab sıyıq yemək təklif olunub. Kalorilər, karbohidrogenlər, zülallar və yağlar bərabər miqdarda olub.
Yaponlar ürəyi əvəz edə bilən mini nasos yaradıblar. Rusiya mətbuatının verdiyi məlumata görə, naqilsiz mexaniki nasosu Toxoki Universitetinin mütəxəssisləri hazırlayıblar. Bu süni ürəyin hazırlanması yolunda atılan daha bir addımdır.
Nasos silindirik maqnitin fırlanması ilə dəqiqədə 5 litrdən artıq qan ötürə bilər. Bu əsl ürəyin ritminə yaxın göstəricidir.
Rəsmi hesablamalara görə, bu nasos digərlərindən həcminə görə də fərqlənir. Belə ki, ənənəvi mexaniki nasoslar böyük olur.
İstirahət günü yetərincə dincəlməyən adamların orqanizmində kökəlmə və piylənmə başlaya bilər. Rejimdəki hər saat izafi çəki riskini 33 faiz artırır.
Almaniyanın Münhen Universiteti nəzdindəki Tibbi Psixologiya İnstitutunun professoru Till Renebberqin dediyinə görə, həftəsonları çoxları zəngli saatı unudur və daha gec yatır. Nəticədə yuxunun "narahat vaxtı" artır.
Qidanın diqqətlə və uzun müddət çeynənməsi nəinki təkcə həzm problemlərindən, eləcə də diabetdən qaçmağa imkan verir. Rusiya KİV-inin verdiyi məlumata görə, bu barədə "The Daily Mail" xəbər verir. Amma böyük tikələr udaraq sürətlə yeməyə üstünlük verənlər artıq çəki və diabetlə daha tez-tez üzləşirlər. Litvalı mütəxəssislər 702 nəfərin vəziyyətini araşdırmaqla bu qanunauyğunluğu aşkara çıxarıblar.
Maraqli: ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur
ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətəniə əməl edəcəyi təqdirdə, "Truvada" Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq. Bir qrup ekspert Amerika hökumətinə insanda HİV xəstəliyinə yoluxmanın qarşısını ala bilən «Truvada» dərman preparatının buraxılışını tövsiyə ediblər.
ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətinə əməl edəcəyi təqdirdə, «Truvada» Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq.
Otağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...
Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox "bəzəyirlər". Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.
Maraqli: Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir
Kit Martin artıq 11 ildir ki, evi tərk edə bilmir. O, yataqdadır.
"The Guardian" bildirir ki, Kit Martin indi dünyanın ən kök insanı hesab olunur. 2001-ci ilin sentyabrın 11-də axırıncı dəfə evi tərk edərək həyətə çıxandan bəri Martin daha da kökəlib. İndi onun çəkisi 368,31 kiloqrama çatıb.
Londonda yaşayan 42 yaşlı Kit arıqlamağa, normal halına qayıtmağa çalışır.
"Stroke" jurnalının verdiyi məlumata görə, gündə dörd stəkan az yağlı süd məhsulu istehlak etmək insult keçirmək ehtimalını 12 faiz azaldır. Stokholmdakı Karolinska İnstitutunun alimləri Dr.Susanna Larssonun rəhbərlik etdiyi araşdırma qrupu, 45-83 yaş arasında olan 75 min sağlam isveçli qadın və kişinin qidalanması, həyat tərzi və sağlamlıq məlumatları üzərində iş aparıb.
Nizamlı şəkildə az yağlı süd məhsulu istehlak edənlərin insult keçirmə ehtimalının 13 faiz azaldığı müşahidə olunub.
"Möcüzə körpə"nin həyatını həkimlər xilas edə biliblər.
Dünyanın ən balaca uşağı Braziliyada doğulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, Karolina Terzin adı verilən qız 5 aylıq doğulub. O, Braziliyada bu çəkidə doğularaq həyatda qalan ilk körpə adını qazanıb.
Belə ki, Karolinanın çəkisi sadəcə 340 qram, boyu isə 27 sm-dir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.